Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın ən böyük təbii qaz yatağı olan “Şahdəniz”də 8,021 milyard kubmetr qaz hasil edilib. Bu həcm ötən ilin analoji dövründəki göstəricidən 10 faiz çoxdur.
Teleqraf.com-un məlumatına görə, bu barədə “naturalgasworld.com”a müsahibəsində SOCAR-ın vitse-prezidenti Rəhman Qurbanov deyib.
Vitse-prezident bildirib ki, hesabat dövründə Azərbaycan daxili tələbatın ödənilməsi üçün “Şahdəniz” yatağından 2,64 milyard kubmetr təbii qaz əldə edib: “Bu, “Şahdəniz”dən hasil edilən və satışa çıxarılan təbii qazın ümumi həcminin 32,9 faizini təşkil edir. SOCAR-ın hasil etdiyi kommersiya qazının həcmi isə 4,22 milyard kubmetr olub”.