Beynəlxalq Valyuta Fondu (International Monetary Fund, IMF) 2016-cı ildə Azərbaycan iqtisadiyyatının (ümumdaxili məhsul istehsalı, ÜDM) 2,4% azalacağını proqnozlaşdırır.
Bu barədə IMF-in noyabrının 4-də dərc etdiyi icmalında deyilir.
Fondun analitikləri bildirir ki, iqtisadi azalmanın əsas səbəbi dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.
Bununla yanaşı, icmalın müəllifləri qeyd edir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı növbəti illərdə iqtisadi artıma səbəb olacaq: “Neftin qiymətinin stabilləşməsi və milli valyutanın rəqabətqabiliyyətli olması iqtisadi artıma təkan verə bilər”.
IMF 2017-ci ildə Azərbaycanda 1,4% səviyyəsində iqtisadi artım gözləyir (APA).