25 Noyabr 2016 14:14
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Azərbaycan neftinin emalına maraq göstərir.

Teleqraf.com "İnterfaks-Azərbaycan"a istinadla xəbər verir ki, bu bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.

Belarus prezidenti deyib: “Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü və Belarus və Azərbaycan kimya müəssisələri arasında sıx əməkdaşlığın qurulması ola bilər”.

Aleksandr Lukaşenkonun fikrincə, bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq da perspektivlidir.


Müəllif:

Oxşar xəbərlər