"Dövlət Gömrük Komitəsi ixracın tənzimlənməsi ilə əlaqədar təkliflər paketi hazırlayıb"
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Aydın Əliyev deyib ki, təkliflər paketində ixrac məsələləri yer alacaq: "Azərbaycanda qaz və digər xam malın ixracı ilə bağlı yeni təkliflər paketinin hazırlanıb. Sənədi bağlı hökumətə təklif vermişik".
Aydın Əliyev qeyd edib ki, Yalama dəmir yolu stansiyasında qatarların dayanmadan keçməsi üçün xüsusi avadanlıq quraşdırılıb: "Digər stansiyalarda da həmin avadanlıqlar quraşdırılacaq. Burda bəzi məsələlər var ki, onlar həll edilməlidir. Qatar o aparatdan keçməsi üçün müəyyən sürətə malik olmalıdır. Hazırda adavanlıqların quraşdırılması üçün danışıqlar başa çatıb və tezliklə istifadəyə veriləcək".
İlhamə ƏBÜLFƏT