2 Mart 2017 10:51
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankının (ABB) menecment komandasına 3 yeni şəxs qoşulub.

Bankdan Teleqraf.com-a verilən məlumata görə, bunlar Ülvi Qasımov, Zamiq İsaoğlu və Eldar Xəlilovdur.

Üülvi Qasımov ABB-nin İdarə Heyəti (İH) sədrinin müşaviri vəzifəsinə təyin edilib. O, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir, kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var, son təyinata qədər “Unibank” ASC-də çalışıb.

Ülvi Qasımov ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Zamiq İsaoğlu da ABB-nin İH sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Zamiq İsaoğlu 2010-cu ildən Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb, son təyinata qədər “Azər-Türk Bank” ASC-də daxili nəzarət meneceri olub. O, audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir, ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.

Eldar Xəlilov isə Bankın İnsan resursları Departamentinə karyera planlanması və işəqəbul meneceri olaraq təyin edilib.

Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirmiş Eldar Xəlilov 2010-cu ildən Azərbaycanın müxtəlif aparıcı şirkətlərində bu sahədə fəaliyyət göstərib, son təyinata qədər “PAŞA Bank” ASC-nin karyera planlanması və işə qəbul meneceri olub.


Müəllif:

Oxşar xəbərlər