Azərbaycanda fəaliyyət göstərən Türkiyə və Azərbaycan iş adamlarının yeni təşkilatı təsis edilib.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) adlanan qurum öz sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir.
TÜİB-dən Teleqraf.com-a verilən məlumata görə, təşkilata Azərbaycanda fəaliyyət göstərən çoxsaylı böyük şirkət və holdinqlər, eləcə də tanınmış iş adamları daxildir.
TÜİB İdarə Heyətinə Ali İhsan Genç sədr seçilib.