Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar bahalaşaraq 52,50 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,23 dollar artaraq 55,47 dollar olub.