Yanvar-mart aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub.
2017-ci ilin yanvar-mart ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 1 miyard 420 milyon 746 min manat məbləğində vəsait ödənilib.
Bu barədə Teleqraf.com-a Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Vəsaitin ödənilməsi ilə nazirlik üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 103,8% əməl olunub.
İlhamə ƏBÜLFƏT