14 Aprel 2017 13:03
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu günədək Sumqayıt kimya-sənaye parkına qoyulan investisiyaların həcmi 1,2 milyard dollara çatıb”.

Teleqraf.com-a xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu il Sumqayıt kimya-sənaye parkında daha beş müəssisə fəaliyyətə başlayacaq.

Şahin Mustafayevin sözlərinə görə, Azərbaycanda növbəti sənaye zonası Hacıqabulda yaradılacaq: “Sənaye zonalarının yaradılması ölkədə qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təsir göstərir. Hazırda ölkə ərazisində Neftçala sənaye zonası fəaliyyət göstərir. Burada bir sıra layihələr reallaşdırılır. Masallı sənaye zonasının yaradılması üzrə tikinti işlər davam edir.

Bundan başqa, yeni sənaye zonalarının yaradılması üçün regionlar seçilir. Növbəti belə zona Hacıqabul rayonu ərazisində yaradılacaq”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər