Azərbaycanın yüngül neftinin qiyməti iyulun 24-də 49,77 dollar/barel təşkil edib ki, bu da cümə gününə olan göstəricidən 0,32 dollar/barel çoxdur.
Teleqraf.com xəbər verir ki, Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyulun 24-də 47,97 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,06 dollar/barel çoxdur.