Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.
ARDNF-dən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş naziri, ARDNF Müşahidə Şurasının sədri Artur Rəsizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklər edilməsi məsələsinə baxılıb.
Müşahidə Şurası Fondun 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.