İmişli Sutikintinəqliyyat Açıq Səhimdar Cəmiyyəti ləğv edilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir.
Məlumatda bildirilib ki, dekabrın 11-də saat 15:00-da İmişli rayonu, Bəhramtəpə qəsəbəsində yerləşən inzibati binada cəmiyyətin ümumi yığıncağı keçiriləcək.
Ümumi yığıncağın gündəliyinə İmişli Sutikintinəqliyyat ASC-nin illik hesabatının dinlənilməsi, müəssisənin ləğv edilməsi, onun İdarə Heyətinin vəzifəsindən azad edilməsi, ləğvetmə komissiyasının yaradılması, bununla bağlı qanunuyğun tədbirlərin həyata keçirilməsi daxildir.