15 Noyabr 2017 10:39
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kapital Bank ASC filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Gədəbəy filialının yenilənmiş ofisini istifadəyə verib.

Bankdan Teleqraf.com-a verilən məlumata görə, yeni konsepsiya əsasında təmir edilmiş filial Gədəbəy şəhəri, 20 Yanvar küçəsi, 4 ünvanında yerləşir.

Artıq müştərilər burada müasir bank xidmətlərindən istifadə edə bilərlər. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanət qəbulu, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. bank xidmətləri təklif edir. Burada müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şərait və imkanlar mövcuddur.

Xatırladaq ki, bu il “Kapital Bank”ın yeni Bravo və Nərimanov Kart Mərkəzi filialları, Bakı şəhəri üzrə Buzovna, Dəmiryol və Lökbatan şöbələri, region üzrə Masallı şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı, Göyçay, Qobustan, Beyləqan və Tərtər filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. 2017-ci ildə bir sıra digər şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək olar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər