13 Fevral 2018 11:05
947
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergi. Şəffaflıq. İnkişaf" mövzusunda konfrans işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, vergilər nazirinin müşaviri Elçin Məmmədov konfransın əhəmiyyətindən danışıb və bugünkü tədbirin vergi işçilərinin peşə bayramına təsadüf etdiyini qeyd edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı problem olmayıb. “Vergiödəyicilərinin sayını artırmaq lazımdır”, - deyən Z.Səmədzadə hesab edir ki, vergi ödəyicilərinin sayının sivil qaydada artırılmasına nail olunmalıdır.

"Azərbaycanın son 15 ildə əldə etdiyi uğurların ən başlıca amili ölkədə yeni iqtisadi sistemin qurulmasıdır. Yeni iqtisadi sistem ölkənin inkişafını təmin edib. Bu sistemin əsas istiqamətlərindən biri büdcə-vergi sistemidir. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm hadisə olub. Risklərin artdığı şəraitdə sabit maliyyə resurslarının təmin edilməsində də vergi sisteminin rolu böyükdür",- deyə komitə sədri qeyd edib.

Z. Səmədzadəbildirib ki, uçot dərəcəsinin azaldılmasının tərəfdarıyıq:

"Pul kütləsi o zaman sıxılmalıdır ki, inflyasiya aşıb-daşsın. Amma indi uçot dərəcəsi azaldılmalıdır ki, iqtisadi aktivlik yaransın. Hazırda Azərbaycanda bütün büdcə daxilolmalarında sadələşdirilmiş verginin payı 0,8 faiz, vergi daxilolmalarında isə bu 4-5 faizdir".

O, ölkədə vergi uçotunun təkmilləşdirilməsini təklif edib: "Necə olur ki, eyni məhsulun rentabelliyi bir yerdə 18 faiz , digər yerdə isə 2 faizdir”, - deyə o sual verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər