2 Aprel 2018 13:19
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin mart ayında Azərenerji ASC tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Azərenerji ASC-dən Teleqraf.com-a verilən məlumata görə, qurum tərəfindən 2018-ci ilin mart ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,954 milyard kilovat-saat olub.

Bu rəqəm 2017-cı ilin mart ayında 1,964 milyard kilovat-saat təşkil edib.

Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.

Eyni zamanda, Azərbaycan Respublikasnn milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı işlər davam etdirilib.


Müəllif: İlhamə

Oxşar xəbərlər