5 İyun 2018 00:22
1 241
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adambaşına düşən neft-qaz gəlirləri 23 min 212 manat təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu haqda iqtisadçı Qubad İbadoğlu məlumat verib.

İqtisadçı qeyd edib ki, neft satışından (Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə) əldə olunan ümumi gəlirlər 2001-ci ildən bu ilin may ayındadək 131 309 milyon ABŞ dolları, qaz satışından (Şahdəniz yatağı üzrə) əldə olunan ümumi gəlirlər 2007-ci ildən bu ilin may ayındadək, 2 506 milyon ABŞ dolları olub:

“Göründüyü kimi, neft satışından əldə olunan gəlirlər qaz satışından 52 dəfədən də çox olub. Beləliklə 2018-ci ilin 1 may tarixinədək yalnız 2 layihə (AÇG və Şahdəniz) üzrə neft və qaz satışından cəmi gəlirlər 133 milyard 815 milyon dollar və ya hazırkı məzənnə ilə 227 milyard 485 milyon 500 min manat olub ki, bu da hər nəfərə 23 min 212 manat vəsait deməkdir. Bu hesabla orta statistik Azərbaycan ailəsinə çatacaq neft və qaz gəlirləri 100 min manatı ötür”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər