25 Avqust 2018 16:42
4 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dolların məzənnəsinə təsir etmək gücündə olan yeganə ölkədir. Lakin Amerikada dollarla bağlı mövqelər fərqlidir. Əgər Donald Tramp administrasiyası ucuz dollarda maraqlıdırsa, Federal Ehtiyatlar Sistemi (FED) dolların baha olmasını istəyir.

Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

İqtisadçı qeyd edib ki, ABŞ-dakı fikir ayrılıqlarına baxmayaraq dollar dünyanın aparıcı valyutasıdır:

“Dünya ölkələrinin valyuta ehtiyatlarının 70 faizdən çoxunu Amerika dolları təşkil edir. Bu da ABŞ-a imkan verir ki, hədəfə aldığı ölkələrdə dolların məzənnəsinə təsir göstərsin. Əlbəttə, bütün İnkişaf Etməkdə Olan Ölkələrdəki (İEOÖ) siyasi gərginliklər dolların məzənnəsinə birbaşa təsir edir.

Məsələn, ABŞ-la münasibətləri gərgin olan ölkələrdə dolların məzənnəsinin yüksəlməsi müşahidə olunur. Amerikanın bunu bilərəkdən edib-etmədiyini demək çətindir, amma siyasi gərginliklər dolların məzənnəsinə birbaşa təsir edir və nəticədə dollara tələbat artır”.

Vüqar Bayramovun sözlərinə görə, strateji məhsulların alış-satışı da dollarla aparılır:

“Buna görə də, ABŞ birbaşa dolların məzənnəsinə təsir göstərmək imkanına malikdir. Hesab edirəm ki, bu baxımdan qarşıdakı dövrlərdə ABŞ-la siyasi münasibətlərdə gərginlik yaşayan ölkələrdə dolların məzənnəsinin kəskin bahalaşması müşahidə olunacaq. Amerika qlobal valyuta bazarına birbaşa təsiri olan ölkədir, bu səbəbdən Rusiya, İran və Türkiyə kimi ABŞ-la münasibətlərində gərginlik olan ölkələrdə kəskin devalvasiyasının baş verəcəyi gözləniləndir.

Lirə və rublun ucuzlaşmasının əsas səbəbi də bu siyasi gərginlikdir. Əlbəttə, bunun iqtisadi səbəbləri də var, amma əsas səbəb siyasi gərginliklər bağlıdır.

ABŞ həmin ölkələrə güclü psixoloji təzyiqlər edir. Milli valyutaların ucuzlaşması da bu psixoloji amillərlə əlaqədardır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər