27 Dekabr 2018 14:08
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bayram günlərinə olan ilkin hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, dekabrın 31-də Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gündüz 6-8, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə 3 dərəcəyə yaxın olacaq.

Yanvarın 1-də gün ərzində mülayim, əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com