3 Sentyabr 2014 10:30
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri sentyabrın 4-dək davam edəcək.

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin uğurla davam etdiyini qeyd edən nazir indiyədək ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalandığını bildirib. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 mln. ABŞ dollarına yaxın investisiya yatırılıb. 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25 faiz, bu ilin yanvar-iyul aylarında isə 15 faiz artıb.

Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir. 2012-ci ildə Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında ikinci belə palatadır və bu qurum ölkələr arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.

Şahin Mustafayev ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan-Almaniya əməkdaşlığının daha da inkişafında faydalı olacağını diqqətə çatdırıb.

DAF-ın fəaliyyəti barədə məlumat verən Hans Şlayer təmsil etdiyi qurumun Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini vurğulayıb.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən ölkəmizin biznes və investisiya imkanlarına, “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən isə sənaye parkına dair təqdimatlar keçirilib.

Naibə


Müəllif:

Oxşar xəbərlər