“Azərbaycan gömrük sahəsində şəffaflığın təmin olunmasına görə lider dövlətlərdən birinə çevrilib”.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (GDK) sədri Aydın Əliyev komitənin və “Caspian European Club”un təşkilatçlığı ilə keçirilən biznes forumda deyib.
GDK-nin sədri bildirib ki, ölkəmiz şəffaflıq meyarına görə, 138 ölkə arasında 39-cu yerdə qərarlaşıb:
“Bu, bizim üçün sevindirici haldır. Bu vəziyyət gömrük ödənişlərinin banklar vasitəsi ilə köçürülməsi, elektron hökumət sahəsində görülən işlər, xidmət çərçivəsində sənədlərin qəbul olunmasını sürətləndirməklə bağlıdır. Hesab edirəm ki, sahibkarlıq inkişaf etdikcə, gömrük işçiləri sayıqlığı daha da artırmalı və bu sahədə modern texnologiyalar, üsullar öyrənilərək tətbiq olunmalıdır”.