16 Sentyabr 2019 01:49
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna edilmiş bombalı hücum dünya bazarında neftin qiymətinə təsir edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ekspertlərə istinadla belə məlumat yayıb.

Ümumi rəyə əsasən, əgər qarşıdakı 30 gün ərzində zavodlarda vəziyyət normallaşdırılmasa, sürətli şəkildə qiymət artımı olacaq.

Ekspertlər hesab edir ki, qarşıdakı həftələrdə “qara qızıl”ın qiyməti 15-20 dollar səviyyəsində yüksələcək.

Məlumata görə, neft əvvəlcə sadəcə 2 dollar bahalaşacaq, zamanla isə bahalaşma tədricən 7-10 dollara çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər