3 Yanvar 2020 21:42
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycan 18,3 milyard dollar məbləğində məhsul ixrac edib.

Teleqraf.com xəbər verir ki, bu göstərici 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,17 faiz çoxdur.

İxracda dövlət sektorunun payı 11,954 milyard dollar, özəl sektorun payı 7,195 milyard dollar, fiziki şəxslərin payı 53 milyon dollar təşkil edib.

Hesabat dövründə Azərbaycan daha çox neft və neft məhsulları, təbii qaz, meyvə və tərəvəz, eləcə də plastik kütlə və plastik kütlədən məmulatlar ixrac edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər