2 Fevral 2020 23:27
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

"PAŞA Holdinq" MMC-yə yeni direktor təyin edilib.

"Teleqraf.com xəbər verir ki, bu, Cəlal Qasımovdur.

O, indiyə qədər şirkətlər qrupunun direktor müavini olub və yeni vəzifəsində Mircamal Paşayevi əvəz edib.

Xatırladaq ki, "PAŞA Holdinq" 2006-cı ildə yaradılıb. Holdinq iqtisadiyyatın maliyyə, tikinti və turizm sektorlarında bir sıra müəssisələrə malikdir.


Müəllif: Teleqraf.com