27 Sentyabr 2014 13:58
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şabran rayonunun Zeyvə kəndinə təbii qaz verilməsi münasibətilə tədbir keçirilib.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirdə rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə məlumat verilib ki, 350 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1136 metr olan müxtəlif diametrli polietilen və 24 948 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 74 ədəd siyirtmə, 350 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qaz verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: