9 May 2020 01:37
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.

Teleqraf.com xəbər verir ki, “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 31,14 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 5% artaraq 26,07 ABŞ dolları olub.

Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər