Dünya bazarında xam neftin qiymətləri artmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 13:50-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent" markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,77% artaraq 34,05 ABŞ dolları təşkil edib.
Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 34 dollardan yuxarı olmuşdu.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 6,63% artaraq 31,38 ABŞ dolları olub.