9 İyun 2020 13:34
1 127
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səba” brendi adı altında fəaliyyət göstərən "Dəvəçi Broyler Dərin Emal" MMC ləğv olunub.

Bu barədə Teleqraf.com-a “Səba” ASC-dən məlumat verilib.

Bildirilir ki, müəssisənin idarəetməsi üçün yeni forma seçilib. Hazırda müəssisə müstəqil MMC kimi ləğv olunub, “Səba” ASC-yə birləşdirilib.

Əvvəllər kolbasa, sosiska, nagis kimi dərin emal məhsulları istehsal edən müəssisə bundan sonra da fəaliyyət göstərəcək. Müəssisənin hətta bir neçə gün əvvəl “Halallıq” sertifikatını aldığı da bildirilib.

Qeyd edək ki, "Dəvəçi Broyler Dərin Emal" MMC 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,5 milyon manatdır. Şirkətin təsisçisi "Səba" ASC-dir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər