ABŞ-ın büdcə kəsiri koronavirusun yaratdığı böhran üzündən bu ilin may ayında ötən ilin müvafiq dövrünə nisbətən iki dəfədən çox artaraq 424 milyard dollar təşkil edib.
Teleqraf.com xəbər verir ki, Konqres Büdcə Ofisinin (CBO) məlumatına görə, may ayında büdcə məxarici əsas etibarilə iqtisadi fəallığı təşviq etmək üçün hökumətin təsdiqlədiyi tədbirlər nəticəsində 53 faiz artaraq 598 milyard ABŞ dollarına çatıb. Büdcə mədaxilinin isə 25 faiz azalaraq 175 milyard ABŞ dollarınadək gerilədiyi ehtimal edilir.
Bütövlükdə 2019-cu ilin oktyabrından başlayan hazırkı maliyyə ilin ilk səkkiz ayı ərzində federal büdcə kəsiri 1,9 trilyon ABŞ dolları, yəni ötən ilin müvafiq dövrünə nisbətən 1,2 trilyon ABŞ dolları çox olub.