21 İyul 2020 23:49
1 558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Zelandiya, Malta və Karib adaları dünyadakı varlıların sevimli ərazilərinə çevrilib.

Teleqraf.com xəbər verir ki, varlı insanlar karantindən qaçmaq üçün rezidentlik (yaşamaq hüququ) və vətəndaşlıq almaq üçün pul kisələrinin ağzını açıblar.

Onlar xüsusən koronavirus epidemiyasından az təsirlənən və ya qısa müddətdə vəziyyəti nəzarətə alan ölkələri seçirlər. Bunun üçün investisiya və ya bəlli miqdar həcmində daşınmaz əmlak müqabilində vətəndaşlıq verən ölkələr də var.

Dünyanın ən böyük vətəndaşlıq və yaşayış məsləhəti firması olan “Henley & Partners”ə bu məsələdə tələb artıb. Şirkətin satış direktoru Dominic Volek bildirib ki, zənginlər fövqəladə vəziyyət planlarının hazır olmalı olduqlarını başa düşürlər: “Buna görə də, varlılar artıq yalnız bu məsələ ilə bağlı məlumat almırlar. Hazırda vətəndaşlıq almaq üçün qeydiyyatdan keçməyə başlayıblar”.

Şirkətin məlumatlarına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə vətəndaşlıq və yaşayış yerini soruşanların sayı 49 faiz artıb, əməliyyatlara başlayanların sayı isə 22 faiz artıb.

Məsələn, epidemiya ilə mübarizədə nümunəvi hesab olunan ölkələrdən Yeni Zelandiyada işləmək və ya yaşamaq istəyinizdən asılı olaraq 2 milyon dollarla 6.5 milyon dollar arasında investisiya etmək lazımdır. Yaxud da Maltada məskunlaşmaq istəyən ər-arvadın 1,2 milyon avroya bir daşınmaz əmlak alması yetərlidir. Qeyd edilir ki, zəngin insanlar seçimi sadəcə gözəl çimərliklərə görə etmir, həmçinin koronavirusun qarşısını almaqda göstərilən mübarizəyə də üstünlük verirlər.

“Henley & Partners” yüksək tələbat səbəbindən Nigeriyada yeni ofis açıb. Şirkət yaxın gələcəkdə Hindistanda da ofis açmaq üçün hazırlıqlar görür. Xüsusilə Çinlə sərhəd toqquşmasından sonra potensial qaçış planlaşdıran varlı hindlilərin sayının artdığı da deyilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər