Ötən həftə 2 min 75 dollara yüksələn qızılın unsiya qiyməti son iki gündə kəskin dəyişib.
Teleqraf.com xəbər verir ki, ötən gün beynəlxalq bazarda 1 863 dollara qədər geriləyən qızılın unsiya qiyməti bu gün yenidən 1 940 dolların üzərində olub.
Qızıl bazar ertəsi gündəlik 5,7 faiz geriləmə ilə yeddi ilin ən böyük itkisini yaşayıb. Daha sonra 2,6 faiz azalaraq, 1 unsiya üçün 1 863,15 dollara düşüb. Bu gün qiymətli metal sıçrayışla 2 faiz artaraq, 1 933.54 dollara çatıb.
Ümumilikdə bu ilin əvvəlindən qızıl 30 faizdən çox bahalaşıb.