13 Avqust 2020 15:30
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə Liviya arasındakı iqtisadi və ticari əlaqələr baxımından əhəmiyyətli razılaşma əldə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Ticarət naziri Ruhsar Pekcan deyib.

Nazir bildirib ki, anlaşma memorandumu türk podratçı şirkətlərinin Liviyada yarımçıq qalmış layihələri üçün bir yol xəritəsidir:

“Bu gün imzaladığımız anlaşma memorandumu ilə keçmişdə yarımçıq qalan layihələrin və debitor borcların həlli, yeni layihələr və investisiyaların reallaşdırılması üçün birlikdə vacib bir addım atdıq. Bundan məmnunuq. Hesab edirik ki, imzalanan sənəd yerli şirkətlərlə Liviya işəgötürən idarələri arasında danışıqların həll yollarını ortaya qoyacaq şəkildə bələdçilik edəcək”.

Nazir Pekcan Türkiyənin ilk xarici layihələrini Liviyada həyata keçirdiyini xatırladıb: “Liviyadakı ümumi layihə həcmimiz 28,6 milyard dollara çatıb. İnvestisiya layihələri getdikcə artacaq. Növbəti illərdə Türkiyə ilə Liviya arasındakı ticarət əlaqələri ən yaxşı şəkildə irəliləyəcək və əməkdaşlıq davam edəcək”.

Liviyanın Planlaşdırma naziri Tahir Cuheymi də imzalanmış sənədin çox əhəmiyyətli olduğunu deyib: “İndiyə qədər iki ölkə arasındakı dayandırılmış və problem yaradan məsələləri həll etmək iqtidarındadır. Türk şirkətləri on illər boyu əllərindən gələni etdilər. Onu da deyə bilərəm ki, çox yaxşı imicə sahibdirlər. Türk şirkətləri Liviyadakı inkişaf layihələrinin 20 faizini öz öhdələrinə götürüblər”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər