Bu ilin yanvar-iyul aylarında Azərbaycan 214 milyon ABŞ dolları dəyərində 13,3 min ton əczaçılıq məhsulları idxal edib.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 59,2 milyon ABŞ dolları (38,3%) və 5,3 min ton (66%) çoxdur.
Hesabat dövründə əczaçılıq məhsulları idxalı Azərbaycanın ümumi idxalının 3,3%-ni təşkil edib.