20 Avqust 2020 15:31
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

MİDA 10 sentyabr 2020-ci il tarixində yenidən mənzillərin onlayn satışını elan edib. Bu məqsədlə “Güzəştli mənzil” elektron sisteminin DEMO versiyasını (sınaq versiyasını) istifadəyə verib. DEMO versiya 2020-ci il sentyabrın 9-u saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün bəlli vaxtlarda yenilənərək sıfırlanacaq.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Güzəştli mənzil və Kirayə mənzil dövlət layihələri haqqında danışarkən deyib.

O bildirib ki, layihələrdə uduş şansını yüksəltmək üçün tövsiyələrini verib:

“İlk olaraq kompüterdən və internetdən sürətli istifadə bacarığının olması əhəmiyyət kəsb edir. Normal, dayanıqlı internet və işlək vəziyyətdə olan kompüter tövsiyə olunur. İnternetin yüksək sürətdə olması ciddi əhəmiyyət kəsb etmir, sadəcə kəsilməz olmalıdır. DEMO versiyada daha çox test etmək tövsiyə olunur. Satışdan bir neçə saat əvvəl “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sisteminə daxil olmaq (Elektron İmza və ASAN imza qaydasında olmalıdır), CAPTCHA –da simvolları daha sürətli daxil etməyə hazır olmaq lazımdır. Digər istifadəçinin də köməyindən istifadə etmək olar. Uduş əldə edənlərlə əlaqə saxlayıb kompüterdə işləyərkən istifadə etdikləri metodları nəzərdən keçirmək də faydalı ola bilər. DEMO-da seçim edənlərin öz seçim proseslərinin videosunu çəkib digərləri ilə müqayisə etməsi də faydalıdır".

Osman Gündüz mənzillərin satmaq öhdəliyi ilə kirayə verilməsi haqqında danışarkən bildirib ki, İpoteka və Kredit Zəmanət Fondu indiyədək cəmi 213 mənzili kirayə verə bilib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər