“Türkiyənin tarixdəki ən böyük təbii qaz kəşfindən sonra yeni müjdələr gələ bilər, yeni ehtiyatlar, yeni sahələr ortaya çıxa bilər”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
Prezidentin sözçüsü Qara dənizdəki yeni qaz yatağının Türkiyə iqtisadiyyatına böyük bir qatqı təmin edəcəyini bildirib:
“Qara dənizdə kəşf son dövrlərin ən yaxşı xəbəri idi. Türkiyədə hər kəsin sevinəcəyi bir xəbərdir. Siyasi kursundan asılı olmayaraq müxalifətin də qənaətbəxş şərhləri oldu. CHP-nin İYİ Partiya açıqlamaları da ölkəmizin adından sevindirici və gözəldir. Belə də olmalıdır, bu, milli məsələdir. Türkiyəyə olaraq seysmik araşdırmalar və qazma qabiliyyətimizi artırmalıyıq. Ölkəmizin xaricdən asılı olmasını istəmirik. Bu, uzun və çətin bir işdir. Bəzən axtarış fəaliyyətləri illər çəkir, ancaq heç bir şey tapmaya bilərsiz. Ancaq bu kimi tapıntılar ortaya çıxdığı zaman, bütün prosesi taclandıran bir nəticəyə çevrilə bilir. Bu, Türkiyəni enerji sahəsində yeni bir aktyor halına gətirir”.