2 Sentyabr 2020 15:35
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın 1 ildə misin bir tonunun qiyməti 8000 dollara çata bilər.

Teleqraf.com xəbər verir ki, bunu “Citigroup Birləşmiş Bankalar A.Ş.” proqnozlaşdırır.

Şirkət analitikləri hesab edir ki, 30 faiz ehtimalla bu proqnoz mühafizəkar səhmdar, istehsalçı marj fərziyyələrinə və məhdud xərc inflyasiyasına əsaslanır.

Analitiklər 2020-ci ilin dördüncü rübündə misin tonu üçün 6 500 dollar, 2021-ci ilin birinci və ikinci rübündə eyni səviyyədə, sonrakı iki rübdə isə 6 600 dollar olacağını proqnozlaşdırır.

Qeyd edək ki, sentyabrın 1-də London Metal Birjasında (LME) misin tonu 6 830 dollara çatıb. Bu, 2018-ci ilin iyun ayından bəri ən yüksək səviyyədir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər