4 Sentyabr 2020 19:40
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi bankların qızıla olan tələbatı 2018-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Teleqraf.com xəbər verir ki, Ümumdünya Qızıl Şurasının məlumatlarına görə, dünyada mərkəzi bankların xalis qızıl alışı iyul ayında 9 tondan aşağı olub.

İki il davam edən böyük alış-verişdən sonra bəzi ölkələr qızıl alqı-satqısını dayandırıb, nəticədə 2020-ci ildə qızıla tələb azalıb.

Qızıl Şurasının mütəxəssisləri qarşıdakı illərdə qızıl ehtiyatlarının artacağını gözləyir.

Qeyd edək ki, iyul ayında qızılın bir unsiyasının qiyməti 1.757-1.983 dollar arasında dəyişib. Avqust ayında isə 2075 dollara çatıb. Ümumilikdə qızılın unsiyası ilin əvvəlindən bu yana 27,8% dəyər qazanıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər