Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 7,2 milyard kubmetr qaz ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,3 faiz nisbətində çoxdur.
Teleqraf.com xəbər verir ki, məlumatı Azərbaycanın Energetika Nazirliyi açıqlayıb.
Bildirilir ki, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) bu dövrdə Türkiyə 2,8 milyard kubmetr qaz nəql edib. Məlumata görə, 30 iyun 2018-ci ildən 1 sentyabr 2020-ci ilədək təxminən 6.7 milyard kubmetr qaz TANAP üzərindən Türkiyəyə köçürülüb.