İngiltərənin qabaqcıl tekstil istehsalçılarından olan “Edinburgh Woolen Mill” kütləvi ixtisarlar aparacaq.
Teleqraf.com xəbər verir ki, mütəxəssislər 24 min insanın işsiz qalacağını proqnozlaşdırır.
İngiltərədə yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən mart ayından bəri davam edən məhdudiyyətlər xüsusilə pərakəndə satış şirkətlərinə mənfi təsir göstərməyə davam edir. "Peacock" və "Jaeger" kimi dünyaca məşhur markaları özündə birləşdirən tekstil istehsalçısı “Edinburgh Woolen Mill” artan maddi çətinliklər səbəbindən şirkət rəhbərliyinə qəyyum təyin etməyə hazırlaşdığını açıqlayıb.
Şirkətin Baş icraçı direktoru Steve Simpson açıqlamaında deyib: "Bir çox pərakəndə satış şirkəti kimi, son 7 ayda bir çox çətinliklərlə üzləşdik. İnanıram ki, bu müddətdə müəssisələrimiz üçün ən yaxşı həll yolunu tapacağıq. Ancaq fəaliyyətimizdə ciddi ixtisar olacaq, bəzi mağazalar bağlanacaq”.
Qeyd edək ki, “Edinburgh Woolen Mill” 1946-cı ildə qurulub və şirkətin ilk mağazası 1970-ci ildə Şotlandiyanın paytaxtı Edinburqda açılıb.