3 Noyabr 2020 16:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin sentyabr ayında Azərbaycanda 25,8 milyon ABŞ dolları dəyərində qızıl ixrac olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”ında qeyd olunub.

Məlumata görə, cari ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 milyon ABŞ dolları) birinci yeri tutub. Elektrik enerjisi (9,3 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı (8,3 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

Ümumilikdə 2020-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor - 167,8 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 150 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (82,7 milyon ABŞ dolları) üçüncü olub.

2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixrac isə 129,5 milyon ABŞ dolları təşkil edib. 2020-ci ilin sentyabr ayında yeyinti məhsullarının qeyri-neft sektorunda payı 30,5 faiz, qeyri-yeyinti sektoru üzrə isə 74,2 faiz təşkil edib. Yeyinti məhsullarının ümumi ixracda payı keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb.

Qeyd edək ki, ötən ilin 9 ayında 120,8 milyon dollar dəyərində qızıl ixrac olunub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər