2 Dekabr 2020 11:15
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qlobal neft tələbatı yaxın 5 ildə yalnız 1 faiz artacaq, daha sonra illik ortalama 0,1 faiz azalmağa başlayacaq".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Tümen bölgəsindəki enerji sektoru səlahiyyətliləri ilə keçirdiyi görüşdə deyib.

Prezident neft-kimya məhsullarına qlobal tələbin əhəmiyyətli bir potensiala sahib olduğunu bildirib:

“Rusiyanın neft-kimya sənayesi sürətlə böyüyür. Rus istehsalçıları yüksək keyfiyyətli məhsullarla ölkədəki ehtiyacları ödəməklə yanaşı, qlobal bazarda da rəqabətə girə bilirlər. Rusiyanın xammal üstünlüklərindən dünyanın daha çox istifadə etməsi lazımdır.

Qlobal tələbin ildə orta hesabla 4 faiz böyüməsi gözlənilir. Qlobal neft tələbatı yaxın 5 il ərzində ildə yalnız 1 faiz artacaq. Daha sonra illik ortalama 0,1 faiz azalmağa başlayacaq”.

Putin Rusiyanın neft-kimya sənayesini inkişaf etdirmək üçün ümumilikdə 5 trilyon rubl (təqribən 65 milyard dollar) sərmayə qoymağın lazım olduğunu vurğulayıb.

Rusiya keçən il istehsal etdiyi 560 milyon ton neftlə dünyanın ən böyük neft istehsal edən ölkələri arasındadır.


Müəllif: Yeganə Oqtayqızı