14 Dekabr 2020 11:19
2 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanına 2 milyard dollar borcu olan Pakistana Çin 1,5 milyard dollar dəstək verib.

Teleqraf.com-un məlumatına görə, Səudiyyə Ərəbistanı Pakistandan borcunu planlaşdırılan vaxtdan əvvəl tələb edib.

İslamabad rəhbərliyinin bu gün 1 milyard dollar, gələn ay isə 1 milyard dolları Səudiyyə Ərəbistanına ödəməsi gözlənilir.

Qeyd edək ki, 2018-ci ildə Səudiyyə Ərəbistanı Pakistana ümumilikdə 6,2 milyard dollarlıq maliyyə yardımı etmişdi. Maliyyə yardımı paketi 3 il müddətinə 3 milyard dollar nağd, 3,2 milyard dollar isə neft və qaz təchizatı üçün təxirə salınmış borc şəklində təqdim edilmişdi.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər