Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə çıxışı zamanı bankları tənqid edib.
Teleqraf.com xəbər verir ki, deputat bankların fəaliyyətində yenə də narahatlıq doğuran məsələlər oldu]unu bildirib.
Onun sözlərinə görə, artıq insanlarda, vətəndaşlarda banklara inam, etimad qalmayıb, bunun səbəbkarı da məhz bankların özləridir.
Komitə sədri qeyd edib ki, artıq banklar öz fəaliyyətlərində ciddi dönüş yaratmalıdırlar.
Deputat Rüfət Quliyev bankların depozit faizlərini aşağı salmağı təklif edib.
Onun fikrincə, bu faizlər aşağı salınmasa, ölkədə sahibkarlığın inkişafı mümkün olmayacaq”.