16 Dekabr 2020 14:57
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı insanları siyahısına liderlik edən ABŞ-ın “Amazon” texnologiya şirkətinin qurucusu Ceff Bezosun keçmiş həyat yoldaşı Makkenzi Skott 4 ay ərzində kimsəsizlərə yardım edən qrumlara və təcili yardım fondlarına 4 milyard dollardan çox pul bağışlayıb.

Teleqraf.com xəbər verir ki, Makkenzi Skott koronavirus (COVID-19) pandemiyası səbəbindən çətinlik çəkən insanlara kömək etmək istədiyini deyib:

“Pandemiya nəticəsində iqtisadi itki və sağlamlıq problemləri qadınlara, qaradərili və yoxsulluq içində yaşayan insanlara daha böyük problemlər yaşatdı. Əvəzində milyarderlərin sərvəti əhəmiyyətli dərəcədə artdı”.

Skott iyul ayında 116 xeyriyyə təşkilatına 1,7 milyard dollar bağışlayıb. Onun 1 il üçün etdiyi ümumi ianə təxminən 6 milyard dollara çatıb. Dünyanın ən zəngin insanları arasında 18-ci, qadın milyarderlər arasında isə birinci olan Skottun sərvəti bu il 60,7 milyard dollar olub.


Müəllif: Yeganə Oqtayqızı