17 Dekabr 2020 12:21
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında 2021-ci ilin büdcə qanunu təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, Səudiyyə Kralı Salman bin Əbdüləzizin təsdiqlədiyi 2021-ci ilin büdcəsində 37,6 milyard dollar (141 milyard rial) kəsir var.

Maliyyə Nazirliyinin açıqlamasına görə, büdcə qanununda xərclər 264 milyard dollar (990 milyard rial), gəlirlər 226,4 milyard dollar (849 milyard rial), büdcə kəsirləri isə 37,6 milyard dollar ( 141 milyard rial) proqnozlaşdırılıb.

Kral Salman Maliyyə nazirinə ümumi ehtiyatdan pul çıxarmaq, istiqrazlar, sukuk (dövlətə və şirkətlərə maliyyələşdirmə vasitəsi olaraq təqdim edilən, sərmayəçiyə faizsiz sabit gəlir imkanı yaradan maliyyə sertifikatı. İslam qanunları prinsiplərinə uyğun olaraq hazırlanıb) və digər borclanma alətləri çıxarmaqla kəsiri bağlamaq səlahiyyəti verib.

Oktyabr ayında Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi yeni növ koronavirus (COVID-19) epidemiyasında neft qiymətlərinin düşməsi səbəbindən ümumi büdcə gəlirlərinin 2020-ci ilin ilk 9 ayında 24 faiz azalaraq 144,4 milyard dollara düşdüyünü açıqlamışdı.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər