2020-ci ilin ilk on bir ayı ərzində Azərbaycanın ixracı 13,1 milyard ABŞ dollar olub.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.
Məlumata görə, qeyri-neft sektoru üzrə 1,6 milyard ABŞ dolları dəyərində ixrac reallaşdırılıb.
Qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 milyon ABŞ dolları və ya 8 faiz azalıb.