"Sürətli makroiqtisadi və struktur islahatlarını həyata keçirəcəyik, beynəlxalq normalara uyğun şəffaf və proqnozlaşdırıla bilən siyasətlə pandemiyadan güclənərək çıxacağıq".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xəzinə və Maliyyə naziri Lütfi Əlvan deyib.
Nazir qeyd edib ki, qlobal iqtisadiyyatda güclü və rəqabətçi bir ölkə olmaq əzmi epidemiyadan sonrakı dövrdə də davam edəcək:
"Yaxın tariximizin ən böyük qlobal sağlamlıq böhranını yaşadığımız bir ili - 2020-ci ili geridə qoyuruq. Bütün dünyada epidemiyanın yaratdığı mənfi şərtlər səbəbindən iqtisadi aktivliyin zəiflədiyi və maliyyə bazarlarındakı qeyri-müəyyənliklərin artdığı bir dövrü müşahidə edirik. Epidemiyadan sonrakı dövrdə qlobal iqtisadiyyatda güclü və rəqabətə davamlı bir ölkə olmaq əzmimizi davam etdiririk.
Yeni ilin mühüm uğurlara imza atdığımız bir il olmasını ümid edirəm, ölkəmizə, millətimizə və bütün insanlığa sülh, sağlamlıq və xoşbəxtlik gətirəcəyini diləyirəm”.