14 Yanvar 2021 14:19
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Federal Ehtiyat Sistemi (FED) koronavirus epidemiyasının artması səbəbindən 2021-ci il üçün iqtisadiyyatda gözlənilən nikbinliyin azaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, FED-in “Bej Kitab” (Beige Book) adlanan iclas protokollarında epidemiya səbəbindən qısamüddətli iş şərtlərinin iqtisadiyyata mənfi təsir göstərdiyi vurğulanıb.

Ümumilikdə ABŞ-ın bir çox bölgəsində iqtisadi fəaliyyətin orta dərəcədə inkişaf etdiyinə diqqət çəkilib.

Yalnız iki bölgədə irəliləyişin az olduğu və ya heç olmadığı, iki bölgədən gələn hesabatda isə iqtisadi aktivliyin pisləşdiyi göstərilib.

“Bej Kitab”da bölgələrin əksəriyyətində iqtisadi bərpanın hələ başa çatmaması, inkişafın yavaş olması, məşğulluğun artdığına dair məlumatlar var. Əksər bölgədə isə məşğulluq səviyyəsində azalmalar olduğu bildirilib.


Müəllif: Yeganə Oqtayqızı