Bu ilin yanvar ayında Azərbaycan 5,9 mln ABŞ dolları dəyərində 23,203 min ton buğda idxal edib.
Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,05 milyon ABŞ dolları (46,1 %) və 26,7 min ton (53,5 %) azdır.
Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 0,75 %-ni təşkil edib.