12 Mart 2021 18:45
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq kredit reytinq agentlikləri ölkələrini və şirkətlərini profillərini hazırlayaraq investisiya qoymaq istəyənlər üçün təlimat hazırlayırlar. Məsələn, bir şirkətin səhmdarı olmaq niyyətində olan sərmayəçi şirkət haqqında hazırlanan kredit reytinqinə və hesabatlara nəzər yetirir. Beləliklə, sərmayəçi əvvəlcədən ətraflı araşdırma əsasında şirkətin borcları və kassadakı nağd pullar haqqında məlumat sahibi olur.

Bu kredit reytinqləri xüsusilə ölkələri yaxşı tanımayan xarici investorlar üçün çox vacibdir. Kredit reytinqlərini bir növ ikinci əl avtomobil almaq istəyənlərı ekspert hesabatları kimi düşünülə bilər.

Məsələn, “Fitch” agentliyində “AAA” reytinqi olan bir ölkə “C” reytinqi olan bir ölkədən daha sərmayəli görünür. Bu səbəbdən kredit reytinqləri beynəlxalq investorlar və hökumətlər üçün çox vacibdir.

Kredit reytinq agentliklərinin tarixi 20-ci əsrin əvvəllərinə gedib çıxır. ABŞ-da fəaliyyətə başlayan şirkətlər daha sonra dünyaya açıldı.

Teleqraf.com kredit reytinq agentliklərinin qısa tarixçəsini araşdırıb.

“MOODY'S”

1900-cü ildə Con Moody (John Moody) ABŞ-dakı iri şirkətlərin və dövlət qurumlarının xüsusiyyətlərini və gələcək performans proqnozlarını “Moody's Industry and Miscellaneous Security” (Moody'sun sənaye və müxtəlif təhlükəsizlik) kitabında toplayır. Kitabda şirkətlərin pay və satış rəqəmlərini özündə cəmləşdirən məlumatlar əksini tapmışdı. Kitab qısa müddətdə böyük uğur qazanır və ilk iki ayda satılıb tükənir. 1903-cü ildə Moody ABŞ-da tanınmış bir səlahiyyət sahibi olur. Bu uğurlara baxmayaraq, 1907-ci ildə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) quruluşunun dəyişməsi səbəbindən ölkədə başlayan iqtisadi böhrana müqavimət göstərə bilməyən Con Moody nəşriyyat şirkətini bağlamaq məcburiyyətində qalır.

Qeyd edək ki, Federal Ehtiyatlar Sistemi ABŞ-ın mərkəzi bankının funksiyalarını yerinə yetirir.

1909-cu ilədək Con Moody yeni hesabatı – “Dəmiryolları İnvestisiyalarının Analiz”ni hazırlayır. Bu kitabla böyük uğur əldə edən Con Moody “Moody's Publishing Company” şirkətini qurur. 1924-cü ilədək ABŞ-da xalqa məxsus nəhəng şirkətlərin hamısı “Moody's” tərəfindən reytinq qazanmağa başlayır. “Moody's Publishing Company” 1962-ci ilədək Moody ailəsində qalıb. Firma 1962-ci ildə “Dun&Bradstreet”ə satılıb.

1970-ci ildə “Moody's” dərəcələndirdiyi qurum və şirkətlərdən haqq almağa başlayır və təşkilat əhəmiyyətli dərəcədə böyüyür. Hazırda şirkətin 10 min 400 əməkdaşı var.

Qeyd edək ki, “Moody's” 2020-ci ildə Türkiyənin kredit reytinqini investisiya yatırmaq dərəcəsindən beş qat aşağı səviyyəyə - "B2"yə endirib və proqnozu "mənfi"də saxlamışdı. Prezident Rəcəb Tayyib Ərdoğan “Moody's”in bu qərarına reaksiya göstərərək, “'Reytinqlərinizin dəyəri yoxdur” şəklində cavab vermişdi.

“FITCH”

“Fitch” beynəlxalq reytinq agentliyi 1913-cü ildə Con Noulz Fitch (John Knowles Fitch) tərəfindən qurulub.

Knowlesun ilk məlum işi "Fitch Stock and Bills Market Guide" (Fitch fond və istiqrazlar bazarı bələdçisi) olaraq ortaya çıxıb. Fitch 1924-cü ildə “AAA”dan “D”yə gedən bir qiymətləndirmə sisteminə keçir. Bu qiymətləndirmə sistemi bütün sənaye qurumları tərəfindən qəbul edilir və tətbiqinə başlanılır.

Müəssisə 1990-cı illərin probleminə dair bir qiymətləndirmə şirkəti oldu. Hazırda “Fitch”in 2 min nəfərdən çox işçisi var.

Beynəlxalq kredit reytinq agentliyi “Fitch” 2018-ci ilin yanvarında İstanbuldakı ofisini bağlayır. Bu dövrdə şirkət 75-dən çox türk şirkətinin qiymətləndirməsin aparırdı.

"Standard & Poor's" (S&P)

“Standard & Poor's”un yaranma tarixi 1860-dan başlayır. Maliyyəçi Henry Varnum Poor tərəfindən nəşr olunan "ABŞ-da dəmiryolları və kanalların qısa tarixi" adlı kitabda bu sahələrdə ticarət edən şirkətlər haqqında ümumi məlumatları özündə cəmləşdirdi. Herny Varnum oğlu ilə birlikdə 1868-ci ildə “H.V. and H.W. Poor Co.” adlı şirkəti qurub. Ata-oğul dəmiryol şirkətləri haqqında iki kitab yazırlar.

1906-cı ildə Luther Lee Blake “Standart Statistika Bürosu”nu qurur. “Standard” firması dövri kitablar çıxarmaq əvəzinə, 12.5 x 20 santımetrlik kartlar üzərində şirkətlərin vəziyyətini izah edən məqalələr hazırlayır. Kart sistemindən istifadə etmələrinin səbəbi də, daha tez-tez yeniləmələr apara bilmələri idi. 1941-ci ildə “Poor Publishing and Standard Statistic” “S&P”yə birləşdirilir. Şirkət 1966-cı ildə Amerika təhsil şirkəti “McGraw-Hill” tərəfindən alınıb. Hazırda “S&P”də 10 minə yaxın işçi var.

Qeyd edək ki, ABŞ rəhbərliyi 2007-ci ildə ipoteka krediti ilə bağlı əlverişli reytinqlərə görə “S&P”ni məhkəməyə vermişdi. “S&P” 2008-2010-cu illərdə böyük bir böhrana səbəb olan ipoteka kreditlərinə yüksək qiymət verərkən riskləri görməzlikdən gəlib və aylıq qazanc üzərində dayanmaqda günahlandırılıb.

Ekspertlər hesab edir ki, kredit reytinqinin aşağı salınmasını dəstəkləyən amillər tədiyyə balansı, maliyyə tarazlığı və geosiyasi risklərdən qaynaqlanır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər