12 Mart 2021 11:57
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan arasında görüş keçirilib.

Bu barədə Teleqraf.com-a İİTKM-dən məlumat verilib.

Görüşdə son zamanlarda həyata keçirilən iqtisadi islahatlar, “Doing Business” və digər beynəlxalq reyqtinlərdə Azərbaycanın qabaqcıl mövqeyi barədə məlumatlar təqdim edilib. Həmçinin sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilmiş milli prioritetləri, İİTKM-in monitorinq və qiymətləndirmə institutu olaraq həyata keçirdiyi fəaliyyətlər və kommunikasiya tədbirləri barədə də ətraflı danışılıb.

Eyni zamanda, makro-iqtisadi tədqiqatlar üzrə hazırlanmış təhlil və proqnozlaşdırma modellərinin hazırlanmasında AİB tərəfindən təmin edilən texniki yardım və əməkdaşlıq yüksək qiymətləndirilib.

Görüşdə AİB Azərbaycan üzrə yeni təyin olunan ölkə direktoru Kandis Makdeiqan Azərbaycanda infrastruktrurun yenidən qurulması və maliyyə sektorunun inkişafı istiqamətində AİB tərəfindən icra olunan fəaliyyətlər barədə məlumat verib. İqtisadi artım və diversifikasiya sahəsində tədqiqatların aparılması, makro-iqtisadi təhlil və proqnozlaşdırma modeli üzrə praktiki təlimlər və strateji əhəmiyyət kəsb edən sahələr üzrə iqtisadi islahat sənədlərinin hazırlanması gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.

Müzakirədə AİB-nın baş iqtisadçısı Nail Vəliyev və İİTKM-in İqtisadi Təhlil və Analitik İnformasiya Departamentinin rəhbəri Rəşad Hüseynov və Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova da iştirak edib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər